Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Yuxusuzluq yaradan məhsullar müəyyən edildi

14.12.2019 13:56 4 706
Yuxusuzluq yaradan məhsullar müəyyən edildi
Kolumbiya Universitetinin (ABŞ) nəzdində olan Həkimlər və Cərrahlar Kollecinin tədqiqatçıları tərkibində yüksək miqdarda təmizlənmiş karbohidratlar olan ərzaq məhsullarının yuxusuzluq ehtimalını artırdığını müəyyən ediblər.

Alimlərin gəldikləri nəticə “Medical Xpress” portalında təqdim olunub.

Belə məhsullara, məsələn, ağ çörək və düyü daxildir. Bu ərzaqlar qanda şəkərinin səviyyəsinin sürətlə artmasına gətirib çıxaran yüksək qlikemik indeksə malikdir.

“Qanda şəkərin səviyyəsi sürətlə artan zaman, orqanizm insulin ifraz edərək reaksiya verir və nəticədə, qanda şəkərin azaldılması adrenalin və kortizol kimi hormonların hasil edilməsinə gətirib çıxarır ki, bu da yuxusuzluğa səbəb ola bilər”, - məqalədə deyilir.

Belə bir əlaqə yaratmaq üçün həkimlər qidalanma gündəliklərini aparan 50 mindən artıq qadının məlumatlarını araşdırıblar.

Bununla yanaşı, onlar müəyyən ediblər ki, tədqiq olunanların yuxusuna tərəvəz, meyvə və sellülozalı rasion yaxşı təsir edib.скачать dle 11.3

Son xəbərlər