Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir

10.12.2019 17:26 3 323
Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir
Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

Hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır.

“Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas”, “Pegasus” uçuşlar həyata keçirməyə başlayıblar. Ümumilikdə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatmışdır. Onların arasında “Etihad Airways”, “IranAir”, “GulfAir”, “Arkia”, “Nordwind” və s. kimi aviaşirkətlər var”, - Teymur Həsənov bildirmişdir.

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

Həsənov bildirmişdir ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.

Son beş il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62% təşkil etmişdir və proqnozlara əsasən, 2019-cu ildə sərnişin axını təxminən beş milyon nəfər təşkil edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in baza hava limanıdır. AZAL və “Buta Airways”in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edirlər.скачать dle 11.3

Son xəbərlər