Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər olub

11.09.2019 12:59 2 776
Bu il Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər olub
2019-cu ilin yanvar - avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilib.

Bunun da 85% -i (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin analoji göstəricisindən 5,2% çoxdur.

2019-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərib, 101 min sərnişinə xidmət göstərmiş Gəncənin hava limanı üçüncü yerdədir.

2019-cu ilin 8 ayı ərzində Milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” isə 382 min sərnişinə xidmət göstərib.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil edib. Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxil olublar.

2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçiriblər.

Hal-hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.скачать dle 11.3

Son xəbərlər