Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada sifarişlə həmyerlisini qətlə yetirən azərbaycanlı məhkəmə qarşısında

10.12.2019 16:41 2 518
Rusiyada sifarişlə həmyerlisini qətlə yetirən azərbaycanlı məhkəmə qarşısında
Rusiyada biznesmen həmyerlisini öldürmək üçün killer tutan azərbaycanlı məhkəməyə çıxarılacaq.

38 yaşlı azərbaycanlı İntiqam Hüseynzadə həmyerlisi Ruslan Hüseynovu sifarişlə qətlə yetirməkdə şübhəli bilinib.

O, 48 yaşlı Belarus sakini Ruslan Tarasovdan 15 min dollar müqabilində Karqapolski rayonunda yaşayan R.Hüseynovu öldürməsini istəyib.

Bundan sonra Hüseynzadə onunla razılaşan Tarasova 45 min rubl (təxminən 1200 AZN) dəyərində avtomobil alıb və xərcləri üçün daha 15 min rubl (400 AZN), həmçinin, səs boğucu və silah verdikdən sonra onun fəaliyyətini telefonla izləyib.

Şelexovski kəndində qurbanı üç güllə ilə qətlə yetirən Tarasov törətdiyi əməli tam, Hüseynzadə isə qismən etiraf edib.

Qətlin törədilməsində məqsədin Hüseynzadə ilə Hüseynov arasında olan meşə biznesi məsələsi olduğu bildirilir.
/oxu.az/

Son xəbərlər