Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan çempionu olmuş futbol komandası İsveçdə oynayacaq

04.12.2019 13:52 3 229
Azərbaycan çempionu olmuş futbol komandası İsveçdə oynayacaq
UEFA Region Kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə yenə Region Liqasının ötən mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.

Son xəbərlər