Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi - YENİLƏNİB

03.12.2019 14:31 3 073
Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi - YENİLƏNİB
Bakı Dövlət Universitetinin mətbuat xidməti halı pisləşən tələbələrlə bağlı məlumat yayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova oxu.az-a açıqlamasında bildirib ki, hadisə BDU-nun yataqxanasında yox, tələbələrin yaşadığı kirayə evdə baş verib:

“Universitetin yataqxanasına təcili yardım çağrılmayıb. Halı pisləşən tələbələrdən biri Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dördüncü kurs tələbəsi Məryəm Ramazanovadır.

Digər tələbə bizim universitetdə oxumur. Onlar qohum olublar, birlikdə kirayə mənzildə qalırdılar. İlkin məlumata görə, tələbələrin mədə soyuqdəyməsi səbəbindən vəziyyətləri pisləşib. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir”.

Qeyd edək ki, halı pisləşən tələbələr 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır.

* * * * *

Bakı Dövlət Universitetinin iki tələbəsinin vəziyyəti pisləşib.


Bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

Son xəbərlər