Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı - AÇIQLAMA

30.11.2019 18:05 2 350
Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı - AÇIQLAMA
Kamran Əliyev: "Bir xarici vətəndaşın dolanışığı üçün yüzlərlə vətəndaşımızı təhlükəyə ata bilmərik"

Bu günlərdə bir neçə Gürcüstan vətəndaşları olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycan Respublikasında qalma müddətinə tətbiq ediləcək məhdudiyyətə etirazlarını bildirmək üçün Gömrük orqanlarına müraciət ediblər.
 
Məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulan avtomobillərin yol təhlükəsizliyinə hər hansı təsirinin olub-olmaması sualına cavab almaq üçün Avtosfer.az olaraq DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyevə müraciət edib.

- Cənab polkovnik, Sizcə xarici dövlətlərdə daimi qeydiyyatında olan və ölkə ərazisinə tranzit şəkildə daxil olan nəqliyyat vasitələrinin sürücüləri hansı problemlərlə üzləşir, yaxud onların özləri nə kimi problemlər yaradırlar?

- Məlumdur ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində qaydalar beynəlxalq müqavilələrə uyğun olsa da hər bir ölkənin müxtəlif qanunvericilik aktları, müxtəlif məbləğlərdə cərimələri, eləcə də bəzi fərqli standart və tələbləri var. Bu baxımdan ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verir, bununla həm təhlükəli vəziyyət yaradır, həm də yerli sürücülərimizin intizam səviyyəsinə də mənfi təsir göstərirlər. Məsələn, ən çox törədilən inzibati xətalardan hesab edilən sürət həddinin 40 km/saat həddində aşılmasına görə əgər qonşu Gürcüstanda 145 manat (76 avro) cərimə nəzərdə tutulursa, bizdə analoji xətaya görə 50 manat (26 avro), dayanma və ya durma qaydalarının pozulmasına görə Gürcüstanda 115 manat (61 avro) cərimə nəzərdə tutulursa, bizdə bu cərimənin məbləği 20 manatdır (10 avro). Əlbəttə bu o demək deyil ki, bizdə də əcnəbilərin ölkəmizdə yol hərəkəti qaydalarını tez-tez pozmalarının qarşısının alınması üçün cərimələrin miqdarı artırılmalıdır. Xeyir, sadəcə onlar da şəhərdəki nəqliyyat sıxlığını nəzərə almalı, harada gəldi avtomobili saxlamamalı və ən əsası da sürət rejiminə əməl etməlidirlər ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olmasınlar. Məlumat üçün bildirim ki, təkcə cari ilin 10 ayı ərzində respublikamıza 66.820 nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib və bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 mindək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.

- Bəs əcnəbilər sahibkarlarda nə kimi narazılıq yaradırlar?

- Son vaxtlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar, həm fiziki, həm də hüquqi şəxslər tez-tez Baş DYP İdarəsinə müraciət edərək digər ölkə qeydiyyatında olan, xüsusilə də Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla isə ölkənin müxtəlif istiqamətlərinə getməklə qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olmalarının onların gəlirlərinin azalmasına səbəb olduğunu bildirirlər.

Belə ki, həmin sahibkarlar haqlı olaraq vergi ödəyiciləri olduqları, habelə qanunauyğun qaydada avtovağzallardan hərəkətə başladıqları halda, daha ucuz qiymətə alınan xarici avtomobillərlə ayrı-ayrı məhəllələrdən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərmələrini qeyd edir və belə halların qarşısının alınmasını dövlərdən tələb edirlər.

- Bəs bu ucuz avtomobillərdən bizim vətəndaşlarımız da gətirə bilməzlərmi?

- Bildiyiniz kimi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji çirklənmənin qarşısının alınması məqsədilə hələ 2014-cü ildən Avro-4 standartlarına cavab verməyən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və qeydiyyata alınması qadağan olunub. Bu səbəbdən artıq 5 ildən artıqdır ki, vətəndaşlarımız ölkəyə belə ucuz, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobilləri gətirib burada istifadə edə bilmirlər. Lakin bəzi əcnəbi soydaşlarımızın həmin avtomobilləri müvəqqəti gətirməklə daha ucuz qazanc yolu tapmaları qanuni şəkildə fəaliyyət göstərən sahibkarlarımızın ciddi narazılığına səbəb olur.

- Sizcə belə qanunsuz fəaliyyətin qarşısını necə almaq olar?

- Sözsüz ki, yalnız qanuni şəkildə. Yəni biz ilk növbədə bütün inkişaf etmiş sivil dövlətlərdəki kimi öz vergi ödəyicisi olan vətəndaşlarımıza lazımi şərait yaratmalıyıq ki, onlar təhlükəsiz, maneəsiz fəaliyyət göstərə bilsinlər və elə qaydalar müəyyənləşməlidir ki, əcnəbi işbazlar dolanışığını bəhanə edib bundan sui istifadə edə bilməsinlər. Çünki biz razı ola bilmərik ki, bir xarici vətəndaşın ailəsinin dolanışığı üçün yüzlərlə vətəndaşımızın həyatı təhlükəyə atılsın. Düşünürəm ki, Gömrük orqanlarının ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələrinə tətbiq etmək istədiyi məhdudiyyət əcnəbilərin hüquqlarının pozulması deyil, öz ölkə vətəndaşlarımızın sərbəst fəaliyyət hüququnun və ən başlıcası da respublikamızın avtomobil yollarında təhlükəsizliyin təmin olunması məqsədilə vaxtında atılan addımdır.

Son xəbərlər