Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kiyevin mərkəzi işıqsız qaldı – Yarımstansiyada qəza baş verdi

28.11.2019 11:41 2 792
Kiyevin mərkəzi işıqsız qaldı – Yarımstansiyada qəza baş verdi
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində elektrik enerjisi kəsilib.

“Strana.UA” xəbər verir ki, elektrik yarımstansiyasında baş verən qəza nəticəsində işıqforlar sıradan çıxıb, avtomobillərin hərəkəti çətinləşib.

Qəzanın aradan qaldırılması ilə bağlı təxirəsalınmaz işlərin getdiyi açıqlanıb. Təmir işlərinin bütün gecə davam edəcəyi ehtimal olunur.

Hazırda istehlakçılar müvəqqəti olaraq ehtiyat enerji mənbələrinə qoşulur.

Son xəbərlər