Ramiz Mehdiyev Elton Məmmədova yüksək vəzifə verdi
Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.
Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:
"Bəli yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."
