Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Tünzalə Ağayevanın əcnəbi sevgilisinin kimliyi məlum oldu

26.11.2019 23:56 2 637
Tünzalə Ağayevanın əcnəbi sevgilisinin kimliyi məlum oldu
Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva özünün yeni "Sevməli" klipini ictimaiyyətə təqdim edib. Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, klipdə müğənninin sevgilisi rolunda ukraynalı model Konstantin Çumak çəkilib.

Kompozisiyanın musiqisini Ağayeva özü yazıb, sözləri isə onun uzun illərdir əməkdaşlıq etdiyi Cavid Şahbazbəyova məxsusdur. Kompozisiyada həmçinin Əliağa Vahidin qəzəlindən də istifadə edilib.

Klipin çəkilişləri Ukraynada aparılıb, onun rejissoru Əli Fərhaddır.

Baş rolda müxtəlif ölkələrdə keçirilən moda nümayişlərində və məşhur brendlərin reklam çarxlarında iştirak edən ukraynalı model Konstantin Çumak çəkilib.

Tünzalə Ağayeva 2001-ci ildə gənc ifaçıların "Bakı payızı" müsabiqəsinin qalibi olub. 2002-ci ildə isə "Türksoy" Beynəlxalq müsabiqəsinin laureatı adını qazanıb. 2003-cü ildə müğənni "Yalta-2003" Beynəlxalq müasir estrada mahnıları müsabiqəsinin Qran-prisini alıb.

O, bir sıra beynəlxalq musiqi festivallarında, o cümlədən 2006 və 2007-ci illərdə Çexiyada keçirilən "Barevna Planet" Beynəlxalq müasir musiqi festivalında iştirak edib. 2019-cu ildə ona "Xalq artisti" fəxri adı verilib.скачать dle 11.3
Mojo.az Banner