Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Aygün Kazımovanın "Jara"nı gözləməyə səbri çatmadı

25.07.2019 23:33 2 180
Aygün Kazımovanın
Azərbaycanın Xalq artisti Aygün Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla duet oxuduğu kompozisiyanı ictimaiyyətə təqdim edib.

Kazımovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ifaçılar dueti iyulun 26-da "Jara" beynəlxalq musiqi festivalında təqdim edəcəklər.
Bu layihənin musiqi prodüseri Rusiya estradasının primadonnası Alla Puqaçova ilə əməkdaşlıq edən müğənni, klipmeyker və stilist Alişerdir. Festivalda həmçinin "Calma" mahnısının klipinin çəkilişləri aparılacaq.

Aygün Kazımova bu kompozisiyanı 2006-cı ildə özünün 35 illik yubileyi münasibətilə verdiyi konsertdə Kirkorovla birlikdə ifa edib. Həmin vaxt Kirkorov Kazımovanı "Şərqin Divası" adlandırıb.

Aygün Kazımova Azərbaycanın məşhur pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışda laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

скачать dle 11.3
Mojo.az Banner