Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır

26.11.2019 23:35 1 827
Azərbaycanda zorakılıq qurbanları üçün sığınacaqlar yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda məişət zorakılığı qurbanları üçün yeni sığınacaqların yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.

Median.Az
-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, nazir müavini sığınacaqların birbaşa nazirliyin xətti ilə deyil, sosial sifarişlər əsasında yaradılaraq fəaliyyət göstərməsinin daha məqsədəuyğun olduğunu bildirib: "Bəzi sosial problemlərin səmərəli həlli onu tələb edir ki, bu mərkəzləşdirilmiş şəkildə deyil, daha çox vətəndaş cəmiyyəti və desentrə olunmuş tərzdə həllini tapsın. Yəni sosial sifarişlər əsasında, icma əsaslı olsun. Bu daha çox səmərə verə bilər. Prezident iyun ayında xüsusi ehtiyacı olan şəxslərlə bağlı əlavə vəsait ayırdı. Onun vasitəsilə biz xüsusi yeni mərkəzlər yaratdıq, icma əsaslı reabilitasiya mərkəzləri istifadəyə verdik. Onların sayı artıq iki yüzə çatıb. Artıq 8000-ə yaxın vətəndaşımız bu mərkəzlərin xidmətlərindən faydalanır. 2013-cü ildən etibarən sığınacaqlarla bağlı qaydalar var. O qaydalara əsasən artıq 10-dan çox təşkilat akkreditasiyadan keçib. Bundan sonra biz təşviq edəcəyik ki, bu məsələ ilə bağlı müxtəlif təşkilatlar təşəbbüs göstərsinlər. Nazirlik isə daha çox dəstək alətlərindən istifadə etsin".

Nazir müavini həmçinin qeyd edib ki, bəzən məişət zorakılığı qurbanları üçün sığınacaqların fəaliyyəti barədə geniş məlumatın verilməməsi məxfiliyi qorumaq məqsədi daşıyır: "Məişət zorakılığı qurbanları ilə bağlı sığınacaqların ünvanlarını ictimaiyyətə açıqlamaq olmur. Çünki, burada məxfilik məsələsi qorunmalıdır. Orada yaşayanlara mühafizə orderi verilir".yaradilir.html

Son xəbərlər