Mojo.az Banner
15:29 Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO  |     15:05 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib  |     14:54 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı  |     14:47 Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar  |     14:46 Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SƏRƏNCAM  |     14:45 Qumarda 20 min manat uduzan növbə rəisi HƏBS EDİLDİ  |     14:44 Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlandı  |     14:43 Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?  |     14:41 Avtomobil bazarında yeni qayda – Çindən maşın gətirmək çətinləşir  |     13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |    
Left Banner
Right Banner

Avropalılar azərbaycanlının musiqisini "Taxt-tac oyunları"nın saundtrekinə bənzədiblər

25.11.2019 23:47 2 018
Avropalılar azərbaycanlının musiqisini
Avropalılar Britaniyada yaşayan Azərbaycan əsilli müğənni Sami Yusufun hazırladığı "Nəsimi" kompozisiyasına yüksək qiymət veriblər və bu musiqini məşhur tarixi "Taxt-tac oyunları" serialının saundtreki ilə müqayisə ediblər.

Median.Az
-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, Çexiyanın Brno şəhərində yaşayan azərbaycanlı bloger Elmir Həmidli sözügedən kompozisiya ilə bağlı maraqlı eksperiment aparıb. O, "Nəsimi" kompozisiyasını Brno şəhərinin sakinləri və qonaqlarına dinlədərək onların rəyini soruşub. Daha sonra bloger həmin rəylərin videosunu "YouTube" sosial şəbəkəsindəki səhifəsinə yerləşdirib.

Dinləyənlər musiqiyə valeh olublar. Onlar hətta Sami Yusufun melodiyasını İran-alman bəstəkarı, "Taxt-tac oyunları" serialının saundtrekinin bəstəkarı Ramin Cavadinin musiqisi ilə müqayisə ediblər. Çex dinləyicilər arasında hətta Azərbaycan musiqisi ilə tanışlığı olan şəxslər də tapılıb.

Xatırladaq ki, 2019-cu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan dilində yazılı poeziya ənənəsinin banisi Seyid İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili" elan edilib.

Sözügedən kompozisiya Nəsimin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb. Onun musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.

"Şur" muğamından istifadə edilərək hazırlanmış kompozisiyanı xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir. Solistlər Sami Yusuf, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

"Nəsimi" kompozisiyası ilk dəfə 30 iyun-10 iyul tarixlərində Bakıda yüksək səviyyədə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təntənəli açılış mərasimində səsləndirilib.скачать dle 11.3
Mojo.az Banner