Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb - VİDEO

23.11.2019 19:07 2 211
Daha iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər.

KİV nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, şadlıq saraylarının manqallarının fəaliyyətinin dayandırılması aparılan monitorinqlərin nəticəsində havaya normadan artıq atılan tullantılara görədir: "Kimin monitorinqlərin nəticəsi ilə bağlı iradı varsa, nazirliyə, məhkəməyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır. Biz iradları dinləməyə və təkrar monitorinqlər aparmağa hazırıq. Kimsə hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır, toy məclisləri zamanı manqallarında kabab bişirilən vaxt özləri də kənarda dayanıb bu mənzərəni seyr etsinlər. Təbii ki, bu zaman hər kəs havaya atılan tüstünün, qoxunun şahidi olacaq. Əgər tüstü, çirklənmə yoxdursa, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz kiminsə manqalının fəaliyyətini dayandırmaq yox, havaya atılan tullantıların qarşısını almaqdır".

Son xəbərlər