Mojo.az Banner
13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |    
Left Banner
Right Banner

Ev alarkən bunlara diqqət yetirmək lazımdır — ALDANMAMAQ ÜÇÜN - VİDEO

22.11.2019 21:26 1 529
Ev alarkən bunlara diqqət yetirmək lazımdır — ALDANMAMAQ ÜÇÜN - VİDEO
"2006-ci ildə alınıb. 40.500 dollar müqavilə əsasında. Müqavilədə 81 m². Sonra biz özümüz ölçdük. Bizdə 63 kvadrat gəldi. 18 kvadrat əskik. Bu hissədə bina bölünüb ki, burda 4 mənzil olmalıdır, 5 yerə bölüb satıb. Bu hissə bizim evin üstünə gedib".
Damət Ağayev yeni tikilidən mənzil alan və bu halla qarşılaşan ilk insan deyil. Bəlkə sonuncu da olmayacaq.

Bəs necə olur ki, vətəndaşın aldığı mənzilin real sahəsi müqavilədə göstəriləndən az olur? Bəzi MTK-lar öz kvadratlarından itkiləri azaltmaq üçün əlavə sahələri də vətəndaşa satdıgı mənzilin kvadratına daxil edirlər.

Median.Az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Şirin Şərifov (Ekspert): "Normalda fasad divarından hesablanaraq, kvadratları satışa çıxarırlar. Müştəri də təbii ki, ev aldıqdan sonra kvadratı ölçür ki, buna verilən kvadrat sayı ilə daxildə yaşadığı, istifadə etdiyi kvadrat eyni deyil. Burda da əsas gətirirlər ki, sizin ev fasaddan fasada kənara hətta müəyuən bir blok qarşısı belə hesablanır ki, bura sizə aid olduğuna görə, bunun satışı da sizə olmaldır".

Bəzi MTK sahibləri isə hesab edirlər ki, eyvanla yanaşı 2 mənzil arasındakı qonşu divarlar da kvadrata daxil edilməli və ölkəmizdə dünya təcrübəsindən istifadə edilməlidir.
İsfəndiyar Axundov (MTK rəhbəri): "Dünyanın hər yanında mülkiyyət divarlar da onundur. Balkon da onundur. Hətta bəzi dövlətlərdə həyəti də insanlara bölüb verirlər. Qaraj da hamısı o kupçaya daxil olur. Bizdə vergidə bu sistemə keçiblər. Mənzilin kvadratını ölçmək üçün kənardan ölçür divarların da pulunu alır. Amma əmlakda keçməyib. Kupçada balkonu çıxır, divarları çıxır qalır yaşayış yeri. Deyir bu belədir".

Mütəxəssislər vətəndaşlara ev alarkən, müqavilə şərtlərini diqqətlə oxumağı məsləhət görürlər.

Şirin Şərifov (Ekspert): "Adam satırsa ki, mən çöldən-çölə satıram kvadratını, təbii ki, burda kvadrat qiymətini aşağı salmaq üçün kvadratı böyüdürlər. Yəni sabah birisi gün şikayət edəndə deyir qardaş mən sizdən razılaşdım ki, çöldən-çölə satılacaq bu. Və yaxud mən kvadratı belə satırdım. Buna heç bir iddia qaldıra bilməz".

Sovet dövründə mənzil satılarkən, yalnız daxili yaşayış kvadratları nəzərə alınırdı. Amma hazırda yeni qanunvericiliyə görə, eyvanlar da yaşayış kvadratlarının içinə daxil olur. Fasad divarlarının mənzil sahəsi kimi vətəndaşa satılması isə qanunda nəzərdə tutulmayıb. MTK-lar isə dünya praktikasını əsas gətirərək bunu edir.скачать dle 11.3
Mojo.az Banner