Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

AMEA: Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür

21.11.2019 21:23 1 589
AMEA: Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür
AMEA Coğrafiya İnstitutunda Elmi seminarın növbəti iclası keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, iclasda Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev “Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 mln. ton karbon qazı buraxılır.

Onun sözlərinə görə, eyni zamanda elektrik enerjisi istehsalına milyardlarla m3 təbii qaz sərf olunur: “Dünya ölkələrinin illik karbon emissiyalarının həcmi 45 mlrd. tona çatıb ki, bu da orta illik temperaturun 0,80 C artmasına və qlobal istiləşməyə gətirib çıxarıb. Bunun qarşısını almaq məqsədilə son 10 ildə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının qurulmasına dünyanın 146 ölkəsi ümumilikdə 2,6 trln. ABŞ dolları investisiya yatırıb. Atmosferə buraxılan karbon qazı tullantılarının həcmini azaltmaq üçün istilik elektrik stansiyaları tədricən alternativ enerji mənbələrinə əsaslanan stansiyalarla əvəz olunur”.

Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarında küləyin yüksək potensiala malik olduğunu müəyyən edib. O, coğrafi informasiya sistemlərinin köməyi ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin ümumi sahəsini hesablayıb, turbinlərin texniki xüsusiyyətlərini təhlil edərək istehsal oluna bilən elektrik enerjisinin miqdarını təyin edib: “Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS  proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyən edilib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq edilib. Müəyyən edilib ki, Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq mümkündür. Bu həm də Azərbaycanın “Paris Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir”.скачать dle 11.3
Mojo.az Banner