Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

5 aylıq körpə gecə yatdı, səhər öldü

20.11.2019 19:55 1 449
5 aylıq körpə gecə yatdı, səhər öldü
Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.
Median.Az
report-a istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə dünyasını dəyişib.

Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı bildirib ki, bununla bağlı onlara və ya Ağstafa rayon təcili tibbi yardım briqadasına məlumat daxil olmayıb:

"Biz bu məsələdən daha sonra xəbər tutduq və evə getdik, vəziyyətlə maraqlandıq. Valideynləri körpənin axşam süd əmdiyini, bir az oynadıqdan sonra da yatdığını, ancaq səhər oyandıqda öldüyünü gördüklərini dedilər. Bundan sonra da körpəni dəfn ediblər".

Onun sözlərinə görə, körpə həkim məntəqəsində yalnız iki aylığında yoxlanışda olub:
"Həmin vaxt uşaqda ciddi problem olmasa da, nevropatoloqa göstərilməsini məsləhət görmüşdük. Bundan sonra məntəqəmizə müraciət edilməyib. Valideynləri də övladlarında hansısa xəstəlik əlamətinin müşahidə edildiyi barədə heç bir məlumat verməyiblər".

Həkim deyib ki, uşağın soyuqdəymədən öldüyü ehtimal edilir:

"Evləri soyuq və şəraitsiz idi. Körpəyə də bu səbəbdən soyuq dəydiyi ehtimal olunur. Yəqin ki, valideynləri daxili qızdırmasının olduğunu bilməyiblər.

Nəticədə körpə ölüb. Təbii ki, bütün bunlar, sadəcə, ehtimaldır. Çünki körpəni dəfn etdiklərindən heç bir ekspertiza keçirilməyib".

Qeyd edək ki, Tural Qasımov və Kəmalə Məmmədovanın evi qəsəbənin kənarında yerləşir. Evdə yaşayış üçün şərait, demək olar ki, yoxdur. Hətta otaqların bəzilərinin qapı-pəncərəsi belə yoxdur. Onların əvəzinə, kilim və ya palaz vurulub. Ailənin daha üç övladı (1 qız, 2 oğlan) belə bir şəraitdə yaşayır. Onlardan ikisi məktəblidir, birinin isə 4 yaşı var.

Son xəbərlər