Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda itləri zəhərləyib öldürdülər - FOTO

20.11.2019 15:13 2 849
Xaçmazda itləri zəhərləyib öldürdülər - FOTO
Xaçmaz rayonunda yerləşən “We want to live too” (Biz də yaşamaq istəyirik) adlı sığıncaqda itlər kütləvi şəkildə tələf olub.

Bunu Oxu.Az-a açıqlamasında sözügedən sığınacağın sahibi Nailə Rüstəmli deyib.

Onun sözlərinə görə, sığınacaqda 15 it zəhərlənib:

“Onlardan 11-i ölüb, dördü müalicə olunur. İtlərdən götürülən nümunələr zamanı məlum olub ki, onlar zəhərlənib”.

Sığınacaq rəhbəri deyir ki, hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat verib:

“Xaçmaz rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldılar”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov saytımıza bildirib ki, dünən günün ikinci yarsında müraciətlə bağlı şikayətçinin izahatı alınıb:

“İtlərin ölümü faktı üzərində araşdırma aparılır. Aparılan araşdırmanın sonunda itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar edilərsə, həmin şəxs və ya şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.




Son xəbərlər