Mojo.az — elanlar
Son Xəbərlər
19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

Facebook TikTok-u almaq istəyirmiş

19.11.2019 23:06 1 564
Facebook TikTok-u almaq istəyirmiş
Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-ni almaq üçün danışıqlar aparırdı. Lakin müqavilə bağlanmadı. Çünki Mark Zuckerberg sözügedən servisə şübhə ilə yanaşırdı. Nəticədə Musical.ly əsasında hamı tərəfindən tanınan məşhur TikTok servisi yaradıldı. Milli.Az technote.az-a istinadən bildirir ki, 2016-cı ildə Instagram-ın həmtəsisçisi və həmin vaxtda fotoservisin general direktoru olmuş Kevin Systrom Şanxaya yollanmış və orda Musical.ly-nin yaradıcısı ilə görüşmüşdü. Daha sonra Systrom, ABŞ-a geri qayıtmış və Mark Zuckerberg-ə Musical.ly-nin alınmasını təklif etmişdi.

Zuckerberg isə bu müqaviləyə şübhə ilə yanaşırdı. Belə ki, həmin vaxtda servisin böyüməsi ləngimişdi. Bundan əlavə olaraq onu sözügedən servisin yeniyetmələr arasında məşhurluğu da narahat edirdi. Bu isə ABŞ qanunvericiliyindəki 13 yaşdan aşağı şəxslərin məlumatlarının emal olunması qanunu cəhətdən problemlər yarada bilərdi. Buna baxmayaraq Zuckerberg Çin bazarına girişdə çox maraqlı idi. Buna görə də o bu məsələ üzrə danışıqlara razılıq vermişdi. 2016-cı ilin avqust ayında Zuckerberg Facebook-un ofisində Musical.ly servisinin yaradıcılarından biri olan Alex Zhu ilə görüşmüşdü.

Danışıqlar çox ciddi getsə də nəticədə konkret bir qiymətə gəlib çıxmadı. Həmin ilin sentyabrında isə Facebook komandası Alex Zhu və Musical.ly-nin ikinci yaradıcısı Luyu Yang ilə danışıqların davam etidirilməsi üçün Şanxaya yollanmışdılar. 2018-ci ildə Musical.ly servisini ByteDance şirkəti 800 milyon dollara aldı. Həmin vaxtda servisin bütün dünya üzrə istifadəçi kütləsi 100 milyon insan təşkil edirdi. Bu müqavilədən sonra ByteDance şirkəti servisi TikTok adı ilə yenidən istifadəyə verdi.

2018-ci ilin sonunda isə TikTok-un istifadəçi kütləsi artıq 800 milyon insana çatmışdı. Sensor Tower adlı analitik şirkətinin statistikasına əsasən 2019-cu ilin əvvəlindən TikTok servisi 500 milyon dəfədən çox yüklənib. Bu ay isə ByteDance şirkətinin Musical.ly servisini alması məsələsi ABŞ-ın xarici investisiyalar üzrə komitəsinin istintaq predmetinə çevrildi. Reuters saytının məlumatlarına əsasən bunun əsas səbəbi ondan ibarətdir ki, Musical.ly servisi formal olaraq ABŞ servisidir. Bu səbəbdən də ByteDance şirkəti müqavilənin təsdiqlənməsi üçün lazımi sorğunu göndərməyib.

Son xəbərlər