Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar emal edilə bilər — VİDEO

18.11.2019 23:38 1 524
Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar emal edilə bilər — VİDEO
Sirr deyil ki, sürücülər avtomobillərinin akkumulyatorlarını dəyişdirərkən köhnə olanı elə aldıqları yerdə satırlar.
Median.Az
bildirir ki, bir çoxları onların Azərbaycanda təkrar emal edildiyini zənn etsə də, əslində bu belə deyil. Akkumulyator satışı ilə məşğul olanlar deyir ki, bunu təkrar emal etmək üçün xarici ölkələrə göndərirlər.

Qeyd edək ki, bu gün Azərbaycan bazarında ən çox Türkiyə istehsalı olan akkumulyatorlar satılır. Qiymətləri isə Avropa istehsalı ilə müqayisədə bir qədər aşağıdır.

Amma artıq Azərbaycanda da akkumulyator istehsal edilməsi istiqamətində işlər görülür.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır. Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

Niyazi Səfərov bildirib ki, bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq.
Qeyd edək ki, Azərbaycanda bir milyondan çox avtomobil var. Təxminən üç ildən bir sürücülər avtomobilərinin akkumulyatorunu dəyişir. Orta hesabla bir akkumulyatorun qiymətinin 100 manat olduğunu nəzərə alsaq, bu da kifayət qədər məbləğ deməkdir.

İqtisadçı-ekspertlər isə deyir ki, ölkəmizdə akkumulyatorlar təkrar emal edilərsə, həm yeni iş yerləri açılar, həm də daxili bazarda olan təlabat ödənilər.

İqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrincə, hətta təkrar emaldan hazırlanan akkumulyatorları xarici bazara da çıxarmaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
скачать dle 11.3

Son xəbərlər