Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda tullantılardan 82 milyon manatlıq məhsul istehsal edilib

14.10.2021 21:35 1 710
Azərbaycanda tullantılardan 82 milyon manatlıq məhsul istehsal edilib
Azərbaycanda son 10 ildə tullantıların təkrar emalı çərçivəsində 81,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu barədə Balaxanı Sənaye Parkından məlumat verilib. Məlumata görə, Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarus daxil olmaqla, 10,8 milyon manat dəyərində məhsul bir sıra xarici ölkələrə ixrac olunub: "Sənaye parkında 23 rezident rəsmi olaraq qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, yaşıl məhsul istehsalının artırılması istiqamətində fəaliyyətlər genişləndirilib. Parkın fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb. Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Belə ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Buranı fərqləndirən ən vacib xüsusiyyətlərdən biri bir istehsal sahəsinin tullantısının digər istehsal müəssisəsində xammal kimi istifadə olunmasıdır. Təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunmasına ən yaxşı nümunə tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında ehtiyacları ödəmə imkanıdır. Burada emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsi iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət kəsb edir".

Qeyd edək ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb.скачать dle 11.3

Son xəbərlər