Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Cem Yılmaz azərbaycanlı məşhurlarla bir arada - VİDEO/FOTO

18.11.2019 19:16 2 618
Cem Yılmaz azərbaycanlı məşhurlarla bir arada - VİDEO/FOTO
Xəbər verdiyimiz kimi Türkiyənin məşhur komediya ustası Cem Yılmaz “stand-up” şousunu təqdim etmək üçün Bakıya gəlib.

Median.Az
Oxu.Az-a istinadən xəbər verir ki, iki gün paytaxtımızın qonağı olan Cem yerli məşhurlarla görüşüb. O, həm mətbuat konfransında həm də “stand-up” şousu zamanı Xalq artisti Miri Yusifə sataşıb. Sosial media əhli isə Yılmazın bu zarafatını birmənalı qarşılamayıb.

Söz-söhbətlərin üstündən xətti isə Miri Yusiflə Cem Yılmazın səmimi görüşü çəkib. Xalq artisti şəxsi “İnstagram” hesabında xanımı və aktyorla şəklini yayımlayaraq “Düzdür, bu gün tanış olduq, amma zarafatınız ötən gündən var. Super konsert, super sənətkar” deyə şərh yazıb.

Diqqət çəkən məqam isə uzun zamandır ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova və Miri Yusiflə aktyorun birgə fotosu olub. Həmin şəkli isə Cem sosial media hesabında paylaşıb.

Daha sonra Cem Yılmaz tanınmış aktyor Fərda Xudaverdiyevlə restoranların birində görüşərək, o ki var rəqs edib. Həmin anları isə Fərda lentə alıb və sosial şəbəkə hesabında paylaşıb. Yılmazla birgə rəqsinə Fərda “Azərbaycan rəqsləri dərsimizin ilk günü” şərhini qeyd edib.

Cem Yılmazla bağlı ulduzlarımız tərəfindən paylaşılan foto və video isə izləyicilər tərəfindən maraqla qarşılanıb.

скачать dle 11.3
Mojo.az Banner