Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb. "QAZel" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.