Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi

14.11.2019 22:46 1 458
"Mənim mühacir alveri ilə hər hansı bir işim yoxdur və həbs edilməmişəm".

Median.Az
xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında barəsində həbs xəbəri yayılan Elçin Əkbərov deyib.

"Həbs olunanlardan heç birini tanımıram. Hazırda işimin başında, ailəmin yanındayam. Yayılan bu xəbərlərdən sonra bütün yaxınlarım narahat olub. Məni necə həbs ediblər ki, xəbərim yoxdur. Mənim nə mühacirlərlə əlaqəm var, nə də başqa bir münasibətim", - deyə Elçin Əkbərov bildirib.

Elçin Əkbərov qardaşı Elnur Əkbərovun barəsində səsləndirdiyi iddialara da cavab verib. O, bütün iddiaları təkzib edib:

"Təəssüflər olsun ki, qardaşım öz nəfsinin qurbanıdır. Sizə verdiyi açıqlamada paxıllıq və nəfskarlığın müasir formasını canlandırmağa çalışıb. Bunu yeniyetmə insanlar belə oxusa, anlaya bilər. O necə iddiadır ki, mən TIR-la Azərbaycana maşın üçün ehtiyat hissələri gətirirəm. Deyək ki, bu mümkün oldu gətirdim. Gülməli deyilmi? Həmin TIR-lara da adamları doldurub gizli şəkildə geri aparıram? O, bunu hansı ağıla qulluq edərək deyir? Azərbaycan çox güclü sərhəd qoruma sisteminə malikdir. Sərhəd və gömrük orqanları belə yüksək cinayətə nə göz yumar, nə də yol verər. Qardaşımın mülk ilə bağlı mənə qarşı iddiasına isə məhkəmə orqanları doğru qərarı verərək onun əsassız iddialarını rədd edib və xeyrimə qərar verib.

Qeyd edək ki, Elnur Əkbərov açıqlamasında qardaşının müsavatçılarla birgə mühacir biznesi ilə məşğul olduğunu deyib. Bundan başqa Elnur Əkbərovun qardaşının ona 600 min manat pul "atdığını" bildirib.

Onu da əlavə edək ki, Elçin Əkbərov vaxtı ilə Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyib və Mədət Quliyevin əmri ilə işdən çıxarılıb. Onun Almaniyada həbs olunma xəbərini isə Berlində yaşayan siyasi fəal Həbib Müntəzir yayıb.

Son xəbərlər