Mojo.az Banner
14:24 Azərbaycan nefti ucuzlaşıb  |     14:24 Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? - Kardioloqlardan açıqlama  |     13:58 Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılıb  |     13:45 FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb  |     13:39 Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur  |     13:33 Məhsul var, bazar yoxdur: Azərbaycan fermeri niyə satışda çətinlik çəkir?  |     13:28 Kamçatka sahillərində güclü zəlzələ qeydə alınıb  |     13:27 Tanınmış pedaqoq vəfat etdi - FOTO  |     13:08 İmişlidə AĞIR QƏZA: Ölən və yaralanan var  |     22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |    
Left Banner
Right Banner

DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi

14.11.2019 20:48 2 025
DİN-də iki idarə rəisi təyinatı oldu - Vilayət Eyvazov polkovniklərə yüksək vəzifələr verdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Bu gün Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.скачать dle 11.3
Mojo.az Banner