21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |     20:29 Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar -TƏQVİM  |     20:20 Bu müəllimlər 2027-ci ildə də sertifikasiyadan keçəcək - Nazir müavini  |     20:06 “Stadionun enerjisini hiss etməliyik” - Alonso  |     19:57 Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir  |     19:52 Polisə o qədər zəng etdi ki, həbs olundu  |     19:45 Kürdəmirdə ağır qəza - 4 nəfər öldü  |     19:34 Şahnaz Haşımovanın vəziyyəti açıqlandı  |     19:29 "Chrysler" 291 min avtomobilini geri çağırı  |     19:20 Pikassonun həmin əsəri 37 milyona satıldı  |     19:09 Bu ölkədə 260-dan çox məhbus səhvən azadlığa buraxıldı  |     18:48 10 yaşlı uşağı maşın vurdu - Vəziyyəti ağırdır  |     18:30 Merkel Krımın ilhaqı zamanı Ukraynadan müqavimət göstərməməyi xahiş edib  |     18:13 Fəzail Ağamalının oğlu: "Atam və bacım legitimliyimi şübhə altına alsalar, onları məhkəməyə verəcəyəm"  |    

Lüksemburqlu nazirdən “Qarabağ”ın oyununda erməni təxribatına reaksiya - FOTO

Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin millət vəkilləri Nansi Kemp-Arendt və Pol Qalenin sorğusuna cavab verib.

5minutes.rtl.lu saytının xəbərinə görə, nazir Lüksemburq polisinin UEFA tərəfindən oktyabrın 3-də Jozi Bartel adına stadionda baş tutan “F91 Düdelanj” – “Qarabağ” matçda xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumatlandırılmadığını bildirib:

“Biz oyunda dinc azarkeşlərin olacağını gözləyirdik. Həmçinin, görüş zamanı stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməmişdi. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadion üzərində uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək üçün çağırıldı.

Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti aşağı olduğu üçün oradan da heç bir nəticə əldə edilmədi”.

Fransua Bauş onu da bildirib ki, araşdırma davam etdirilir və bu barədə yaxın həftələrdə məlumat veriləcək.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 291 13.11.19 12:24