Mojo.az Banner
15:12 Tacikistanda 5.5 maqnitudalı zəlzələ qeydə alınıb  |     13:24 Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB  |     13:20 Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin  |     13:16 “Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert  |     13:11 Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI  |     13:10 Ermənistanda "Qazprom"un dörd əməkdaşı həbs edildi  |     13:08 Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı  |     13:04 ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama  |     12:57 Dünya bazarında neft qiymətləri necədir?  |     12:49 Klublarımız pley-offa adladılar: Azərbaycanın UEFA reytinqində yeri dəyişdimi?  |     11:39 Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - Video  |     11:33 Azərbaycan nefti ucuzlaşıb  |     11:32 Gəncədə "Changan" piyadanı vurub öldürdü  |     11:32 Zaqatalada avtomobil aşıb: Xəsarət alanlar var  |     11:14 Bir gündə 11 diş implantı qoyuldu, həyatını itirdi: Cənubi Koreyada 75 yaşlı qadının FACİƏSİ  |     11:13 Ermənistanda keçmiş deputat həbs edildi  |     11:12 "Barselona"nın hücumçusu PSJ-yə keçəcək  |     10:50 Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |    
Left Banner
Right Banner

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

08.11.2019 17:43 2 621
Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

“Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. “Xan bağı”, “Cənnət”, “Xan sarayı”, “Hissa”, “Madonna”, “Milord”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan çox olub.

Binəqədi rayonunda “Sonalar sonası”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Qızıl tac”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonunda “Fəridə”, “Leyla”, “Şahzadə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, Nərimanov rayonunda “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərində “Qubadlı”, “Tural”, “Nurlan”, “Dan ulduzu”, “Şahanə” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülv”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarıdır.

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.
/oxu.az/
скачать dle 11.3
Mojo.az Banner