Mojo.az Banner
23:00 “Turan Tovuz” “Kəpəz”ə qalib gəldi  |     22:53 Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq - Paşinyan  |     22:48 Ramiz Mehdiyevin köməkçisi həbsdə qaldı  |     22:41 Sabahdan musiqi müəllimlərinin attestasiyasına başlanır  |     22:36 Türkiyənin tanınmış futbol şərhçisinə qarşı istintaq başladıldı  |     22:30 "Bilinmir ki, qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur" - Deputat  |     22:24 Bələdiyyələrin qanunsuz torpaq sahələrini mülkiyyətə verməsi halları müəyyənləşib  |     22:17 Ana iki övladını 5-ci mərtəbədən atdı - Qazaxıstanda  |     22:09 Reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta aşkarlanıb  |     22:03 Azərbaycanda qeydiyyatda olan 11 mindən çox QİÇS xəstəsi var  |     21:56 Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə şamil edilib  |     21:50 Ağcabədidə 19 bıçaq zərbəsi vurulan azyaşlının son durumu açıqlandı  |     21:38 Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək  |     21:27 İş adamı Vüqar Yusifov Azərbaycana gəlmək istəyərkən Rusiyada saxlanıldı  |     21:17 Əli Kərimlinin həbs müddəti uzadıldı  |     21:11 Fəzail Ağamalı vəfat etdi  |     21:04 "SS Butik"in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...  |     20:58 Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan  |     20:51 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     20:46 Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi  |    
Left Banner
Right Banner

Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHI

08.11.2019 15:24 1 580
Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHI
Dövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də, bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.

Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.

Modern.az universitetlərdə kafedra müdiri vəzifəsini tutan məmur və deputatların kimlər olduğunu araşdırıb.

Bakı Dövlət Universitetində (BDU) digər ali məktəblərə nisbətdə kafedra müdirləri olan məmur və ya deputat daha çoxdur.

Sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov hazırda BDU-da Ali riaziyyat kafedrasının müdiridir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da BDU-da vəzifə tutan məmurlar sırasına daxildir – o, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov BDU-da Politologiya və sosiologiya kafedrasının müdiri vəzifəsində də çalışır.

BDU-da kafedra müdiri olan xeyli deputat var. Belə ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Konstitusiya hüququ, deputat Yaqub Mahmudov Qədim dünya və orta əsrlər tarixi, deputat Nizami Cəfərov Ümumi dilçilik, deputat Bəxtiyar Əliyev isə Psixologiya kafedrasının müdiridir.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, onlarda vəzifə tutan iki deputat var: Sahibə Qafarova Beynəlxalq əlaqələr üzrə prorektordur, xanım deputat filologiya üzrə elmlər doktoru, professordur. Deputat Sevinc Fətəliyeva isə İngilis filologiyası kafedrasının müdiridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, deputat Hüseynbala Mirələmov Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdirdir. Professor və texnika elmləri doktorudur.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədovanın sözlərinə görə, eks-nazir Əli Abbasov Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müdiridir. Eks-maliyyə naziri, BMT-nin “Sülh səfiri” Əvəz Ələkbərov “Maliyyə və maliyyə inistutları” kafedrasının müdiridir. Onların heç biri hazırda məmur statusu daşımır.

Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin əməkdaşı Zöhrab Süleyman qeyd edib ki, ali məktəbdə məmur fəaliyyəti ilə məşğul olan və ya deputat mandatı daşıyan kafedra müdiri yoxdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva vurğulayıb ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov İnşaat fakültəsindəki Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallının sözlərinə görə, kafedra müdirlərindən heç biri məmur və ya deputat kimi fəaliyyət göstərmir.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Qəzənfər Həmidoğlu bildirib ki, deputat Rüfət Quliyev İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professordur.

Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli qeyd edib ki, universitetdə kafedra müdirləri arasında ikinci bir işlə məğul olan şəxs yoxdur. Onlar yarımştat müəllim və kafedra müdiri kimi fəaliyyət göstərirlər.скачать dle 11.3