Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi

05.11.2019 11:39 2 893
Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi
Türkiyə məhv edilmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin böyük bacısını həbs edib.

“Associated Press” xəbər verir ki, 65 yaşlı Rəsmiyə Avad Suriyanın şimal-qərbində Azaz şəhəri yaxınlığında saxlanılıb. O ekstremist qruplaşmasının üzvü olmaqda günahlandırılır.

Saxlanılan zaman qadınla birlikdə onun əri, 5 uşağı və gəlini də olub. Həbs olunanlar dindirilib.

Əbu Bəkr əl-Bağdadinin bacısının həbs edilməsi Türkiyədə böyük uğur hesab olunur. Ehtimal edilir ki, qadının qaçıb gizlənən terrorçular haqqında məlumatı var.

Son xəbərlər