Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

"Cibimdə cəmi 20 qəpiklə evə gəldim" — Lalə gəlirini açıqladı

02.11.2019 19:57 3 515
"Gizlədiləcək heç nə yoxdur. Konsertimdə belə sponsor adı görmürsünüz. Özüm qazanıb, sənətimə yatırım edirəm. Bizim sənətdə gəlirdən çox xərc olur. Bir paltarı uzağı iki dəfə geyinə bilirəm. Üçüncü dəvətə artıq yeni libas axtarçalıyam".

Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Müğənni gəlirindən, evsizliyindən söz açıb.

Məmmədova aparıcının "Həqiqətən öz eviniz yoxdur? Toylara az gedirsiniz? Qazancınız hardandı" sualına belə cavab verib:
"Yatırımı özümüz özümüzə edirik, ona görə valideynlərimlə qalıram. Klip çəkdirəndə zəng edib rəfiqəmdən borc alıram. Utanılacaq bir şey yoxdur. Sonra toydan gəlirsə, pul qaytarıram. Hər gün toy olmur. Sonuncu dəfə avqustda toydan evə 20 qəpiklə gəldim. İki toy oldu, borclarımı ödədim. "Əməkdar artist" adına görə 100, Azərbaycan Dövlət Televiziyasının solistliyindən 195 manat alıram. Bir də Aviasiya Akademiyasında müqavilə ilə çalışıram. Aylıq gəlirim 300-500 manat arası olur. Toy mövsümü başladı, amma məclisim yoxdur. Dünən hamı toydan video paylaşırdı. Bir Lalə konsertdən video yerləşdirmişdi".скачать dle 11.3
Mojo.az Banner