Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatı

31.10.2019 18:56 2 895
Toyda əmisi ilə dalaşdı, gedib çayxanada güllələdi - Ağstafadakı cinayətin təfərrüatı
Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Hadisəni törədən 1989-cu il təvəllüdlü Sərxan Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin çayxanasına gəkərək ov tüfəngi ilə əmisi Qabil Məmmədova atəş açıb.

Bu zaman Q.Məmmədovun yanında olan Yusif Əsgər oğlu Əlləcov da müxtəlif xəsarətlər alıb.

İlkin məlumatlara görə, hadisəyə bir gün öncə kənddə toy məclisində yaranan anlaşılmazlıq səbəb olub.

Əmisi içkili vəziyyətdə olan S.Məmmədova özünü yaxşı aparması barədə xəbərdarlıq edib və ona davranışları ilə bağlı irad tutub. Bu gün isə S.Məmmədov əmisi ilə yarımçıq qalan söhbətini davam etdirmək qərarına gəlib. Əmisinin olduğu çayxanaya gələrək onu güllələyib.

S.Məmmədov artıq polis tərəfindən saxlanılıb.

Yaralıların vəziyyəti orta-ağırdır.

Baş Prokurorluqda Ağstafa rayonunda iki nəfərin güllələnməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, eləcə də, ekspertizalar təyin edilib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

İlkin istintaqla hadisənin Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 11.3

Son xəbərlər