Mojo.az — elanlar
Son Xəbərlər
13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik geoloji kəşfiyyat qayığında partlayışda yaralananlarla bağlı məlumat yaydı

30.10.2019 13:09 2 964
Nazirlik geoloji kəşfiyyat qayığında partlayışda yaralananlarla bağlı məlumat yaydı
Səhiyyə Nazirliyi Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş verən partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən üç nəfərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər.

Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı SOCAR-ın əməkdaşlarından Məmmədov Habil Gülməmməd oğlu həlak olub, Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir.

Son xəbərlər