Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mənşəyi məlum olmayan “Bərdə pendiri” aşkarlandı - FOTO

26.10.2019 15:07 3 385
Mənşəyi məlum olmayan “Bərdə pendiri” aşkarlandı - FOTO
Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus “Pompey” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Ordubad” supermarketində monitorinq keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, yoxlama zamanı müəyyən edilib ki, süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən “Alman pendiri”, “Bərdə pendiri”, “İsmayıllı pendiri” adları altında satılan, ümumi çəkisi 292,8 kq olan pendir və 29,5 kq şor aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən, məhsulların normaya uyğun olmadığı aşkarlanıb.

Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib, həmin məhsullar satışdan çıxarılıb.




Son xəbərlər