Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə və ədliyyə sahəsində innovasiyalara görə Avropa Şurası tərəfindən dörd ölkə mükafatlandırıldı - FOTO

25.10.2019 19:58 4 539
Məhkəmə və ədliyyə sahəsində innovasiyalara görə Avropa Şurası tərəfindən dörd ölkə mükafatlandırıldı - FOTO
Avropa Şurası və Avropa Komissiyasının birgə təşəbbüsü ilə 2005-ci ildən etibarən Avropa məkanında 25 oktyabr Avropa Ədliyyə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd vətəndaşları hüquqları və onların müdafiəsi mexanizmləri barədə məlumatlandırmaq, insanların ədalət mühakiməsinə əlçatanlığını təmin etmək, eləcə də Avropa Şurası və Avropa Komissiyasının ədliyyə və məhkəmə sahəsində işini təşviq etməkdən ibarətdir.

25 oktyabrda Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində Oslo şəhərində Avropa Şurası və Avropa Komissiyası Norveçin Məhkəmə Administrasiyası ilə birgə “Mediasiya proseslərində hakimlərin rolu” adlı seminarı, habelə “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatlandırma mərasimini keçirmişlər. “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi zamanı məhkəmə, ədliyyə, prokurorluq və vəkillik üzrə ən qabaqcıl təcrübələr seçilərək Avropa ölkələrinə tövsiyə olunur. 20-i ölkədən 43 innovativ layihə hazırkı müsabiqəyə təqdim olunmuşdur. Onlardan dörd ölkənin – Sloveniya, Belçika, Hollandiya və İspaniyanın layihələri qalib olaraq “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə mükafatlara layiq görülmüşdür.

Avropa Şurasının İnsan Hüquqları üzrə Direktoru Kristof Puarel, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti Ramin Qurbanov, Norveç Məhkəmə Administrasiyası İdarəetmə Şurasının sədri Bard Tonder və Norveçin Ədliyyə və Dövlət Təhlükəsizliyi Nazirliyinin Baş Direktoru Fredrik Bakman açılış nitqləri ilə çıxış etmişlər.

Mükafatlandırma mərasimində beynəlxalq ekspertlərlə bərabər Jüri üzvləri, dörd ölkənin nümayəndə heyəti və Avropa Şurasının digər rəsmiləri iştirak etmişlər. “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində qalib gəlmiş Sloveniyanın nümayəndə heyətinə mükafatı həmyerlimiz CEPEJ-in prezidenti Ramin Qurbanov, digər üç qalib ölkə - Belçika, Hollandiya və İspaniyaya mükafatı isə Jürinin sədri, Fransa Ali Məhkəməsi sədrinin müavini professor Jan-Pol Jan təqdim etmişlər.

скачать dle 11.3

Son xəbərlər