Mojo.az Banner
17:43 Baş ağrısı, halsızlıq, təzyiq... - Havaların qəfil dəyişməsi sağlamlığa necə təsir edir?  |     17:35 Xarkov istiqamətindəki vəziyyət: Vodyanoye yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib  |     17:19 Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb  |     17:11 Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI  |     17:09 Bakıda əcnəbini öldürməkdə təqsirləndirilən şəxs: "Nihadın günahı yoxdur"  |     17:06 Kolumbiyada matəm elan olundu  |     16:57 Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək  |     16:52 Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır  |     16:46 "Yarım saat bunu etsəniz..." - Piylənmədən BELƏ QORUNUN  |     16:42 "Green Card" lotereyası nə vaxt başlayır?  |     16:35 Sosial müavinət alanların nəzərinə  |     16:30 Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir  |     16:23 Kafenin sanitar qovşağından meyit tapıldı  |     16:16 Bu il sularda 50 nəfər batıb - RƏSMİ  |     16:11 Müdafiə Nazirliyi məlumat yaydı - Video  |     16:04 iPhone 18-lə bağlı yeni detal sızdı  |     16:00 Ölkədə ÜDM istehsalı artıb  |     15:54 "Laçın" yazısı yarım milyona tikiləcək  |     15:49 Sabah 37 dərəcə isti olacaq  |     15:42 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |    
Left Banner
Right Banner

Bakıda “ağ ölüm” yayan narkotacir tutuldu - FOTO/VİDEO

23.10.2019 13:38 2 982
Bakıda “ağ ölüm” yayan narkotacir tutuldu - FOTO/VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayev saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, İ.Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə baxış keçirilib.

Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqram 015 qram heroin, 1 kiloqram 145 qram psixotrop maddə metamfetamin, 805 qram narkotik vasitə tiryək və 388 ədəd çəkisi 15,52 qram olan metadon (F M40) həbləri aşkar edilərək götürülüb.

Ümumilikdə Baş İdarə tərəfindən qanunsuz dövriyyədən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Araşdırma zamanı saxlanılan şəxsin Sabunçu və paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əsas narkotacirlərdən biri olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.












скачать dle 11.3
Mojo.az Banner