Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq deputatdan Azər Axşama cavab — “Mübariz İbrahimovun aşağılanması hiyləgər siyasi gedişdir”

15.10.2019 19:56 1 761
Sabiq deputatdan Azər Axşama cavab — “Mübariz İbrahimovun aşağılanması hiyləgər siyasi gedişdir”
Azərbaycan dövlətinə qarşı güclü təxribat xarakterli hücumlar var. Xalqımızın dəyəri olan Mübariz İbrahimovun populyar bir şəxsin xanımı adından aşağılanması hiyləgər siyasi gedişdir.

Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu sabiq millət vəkili Gülər Mikayılqızı Azər Axşamın həyat yoldaşının adından Milli Qəhrəman Mübariz İbrahimovun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.

“Əziz dostumuz Azər Axşam!

Narahat olmağınıza heç bir əsas yoxdur. Siz yaradıcı və həssas insansınız. Buna görə səbrli və soyuqqanlı olun. Biz bilirik ki, Azərbaycan dövlətinə qarşı güclü təxribat xarakterli hücumlar var. Cəmiyyətdə dini və milli zəmində bölücülük, mərkəzdənqaçma, habelə hər bir xalqı toplum və kütlədən fərqləndirən bütün dəyərlərin gözdən salınması kimi halları dövlətimiz 90-cı illərdə də yaşadı.
Xalqımızın dəyəri olan Mübariz İbrahimovun populyar bir şəxsin xanımı adından aşağılanması hiyləgər siyasi gedişdir. Düşünə bilən vətəndaşlar üçün bu hadisədə xeyli sual və cavab var”, - deyə sabiq deputat qeyd edib.

G.Mikayılqızı əlavə edib ki, siz isə "Niyə bizim ailə?" sualı ilə yanıb tökülməyin. “Avtobusun eyni yoldan keçən 10-larla şəxsdən birini vurması hadisəsidir bu sualın cavabı”- G.Mikayılqızı bildirib.скачать dle 11.3

Son xəbərlər