Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

15.10.2019 13:54 1 837
Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı
Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb.

Yığmamızın aktivinə mükafatı triatlonun akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levkovskayadan ibarət ukraynalı cütlük yazdırıb.

Onlar qarışıq cütlükdə finiş xəttinə ikinci çatmaqla bürünc medala yiyələnib. R.Pevtsov və K.Levkovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı idmançılardan geri qalıb. Bürünc medalları isə macarıstanlı cütlük əldə edib.

Qeyd edək ki, bunadək akvatlonun fərdi mübarizəsində dünən Kseniya Levskovskaya gümüş və Rostislav Pevtsov bürünc medal qazanıb. Həmçinin, Pənah İlyaslı (-70 kq) çimərlik güləşində ikinci olub. Bununla da Azərbaycan üç gümüş və bir bürünc medal qazanıb.

Son xəbərlər