Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan gətirilmiş külli miqdarda narkotik ələ keçirildi - FOTO/VİDEO

12.10.2019 19:18 1 903
İrandan gətirilmiş külli miqdarda narkotik ələ keçirildi - FOTO/VİDEO
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında DGK Əməliyyat-İstintaq Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu, Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində birgə əməliyyat tədbirləri keçirib.

Əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşı Cəfərov Mehman Qardaş oğlu saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 1 ədəd sellofan torbada, 5 ədəd bağlamada, qablaşdırılma ilə birlikdə çəkisi 5 kiloqram 26 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində əli olan digər Azərbaycan Respublikası vətəndaşı Yüsübov Əbülfət Abdulhüseyn oğlu Sumqayıt şəhəri ərazisində əməliyyatçılar tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

Son xəbərlər