Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dövlət Statistika Komitəsi nəyə lazımdır?" - Faiq Ağayev hirsləndi

11.10.2019 19:03 2 843
Oktyabrın 1-dən başlanan əhalinin siyahıyaalınması prosesi dünən başa çatıb.

Proses başa çatsa da, siyahıya alınmayanlarının sayı çoxluq təşkil edir. Onların sırasında sıravi vətəndaşlarla yanaşı, tanınmış silmalar da var. Xalq artisti Faiq Ağayev məsələylə bağlı narazılığını sosial şəbəkədə yazıb: "Dövlət Statistika Komitəsi gizli siyahıyla qeydə alır camaatı? Vergi ödəyirəm, amma əhaliyə aid deyiləm? Bu nə başdasovduluqdur?"

Problemlə əlaqədar Xalq artisti açıqlama verib: "Yəqin köhnə siyahı ilə çalışıb, dövlətdən buna görə pul alırlar. "Facebook"da nə qədər dostluğumda olan insanlar var, onları siyahıya salmayıblar. Bunlar hansı prinsiplə işləyirlər? Necə olur ki, mən Azərbaycan Respublikasının Xalq artistiyəm, vergi ödəyiçisiyəm, seçiciyəm, amma qeydə alınmıram? Bu nə formal işdir?! Kim çalışır orada?! Necə sayırlar?! Havada uçan quşları sayırlar? Bu, ümumi problemdir. Bunlar sabah, birisi gün siyahını verəcəklər hökümətə, o da olacaq yalnış. Hökümət büdcəsini səhv statistika ilə ölçəcək. Gör, bunlar dövlətə nə boyda zərbə vururlar. Formallıqla məşğuldurlar. Sabah gəlib deyəcəklər ki, niyə vaxtında demədin. Özümüz deyiriksə, Dövlət Statistika Komitəsi nəyə lazımdır? Hər dəfə biz onların qapısını döyməliyik? Yoxsa biz o 2, 3% xətanın içinə daxilik? Nəticədə icra strukturlarına yalnış məlumatlar gedəcək".
//news24.azскачать dle 11.3
Mojo.az Banner