Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

DOST mərkəzinə müraciət edən 40 mininci vətəndaş - FOTO

09.10.2019 19:30 2 208
DOST mərkəzinə müraciət edən 40 mininci vətəndaş - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib.

Nazirlikdən verilən məlumata görə, Bakının Yasamal rayon sakini Rasim Nəbiyev mərkəzə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət edib. O, DOST mərkəzinin fəaliyyətə başladığının beşinci ayının tamamında mərkəzin xidmət göstərdiyi 40 mininci vətəndaş kimi qeydə alınıb.

1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. Direktor DOST mərkəzinin xidmətlərindən istifadə etdiyi üçün paytaxt sakininə təşəkkürünü bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev burada göstərilən xidmətin şəffaf, operativ və yüksək səviyyədə olduğunu qeyd edib: “Mən dəfələrlə DOST mərkəzinə üz tutub onun xidmətlərindən istifadə etmişəm. Hər dəfə burada xidmətin yüksək səviyyəsindən və şəffaflığından, operativliyindən, əməkdaşların səmimiyyətindən, müraciət edənlərə nəzakətli münasibətindən çox razı qalmışam. Doğrudan da mərkəzdə hər şey vətəndaş məmnunluğuna xidmət edir”.

R.Nəbiyev cari ildə ölkədə aparılan uğurlu sosial islahatlara, xüsusilə də pensiya və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırıldığına, dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldildiyinə və vətəndaşlar üçün rahat xidmət şəraiti yaradıldığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.//Baku.ws

скачать dle 11.3

Son xəbərlər