Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyevin bəyanatı İrəvanda mətbuat klubuna hücuma səbəb olub

07.10.2019 23:34 1 586
Prezident İlham Əliyevin bəyanatı İrəvanda mətbuat klubuna hücuma səbəb olub
Ermənistanın paytaxtı İrəvanda bir qrup gənc “Hayeli” (Güzgü) mətbuat klubu redaksiyasına hücum edib.

“Report” “BBC”yə istinadən xəbər verir ki, buna, mətbuat klubunun saytında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada “Valday” klubunun toplantısında çıxışından bəhs edən məqalənin başlığı səbəb olub. Hayeli.am saytı öz 5 oktyabr tarixli məqaləsini “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın avqust ayının əvvəlində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ümumerməni İdman Oyunlarının açılış mərasimi zamanı nitqində: “Qarabağ Ermənistandır, vəssalam”- bəyanatına işarə edərək, deyib: “Ermənistan özü bu qeyri-qanuni qurumu tanımır. Qarabağ, tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır. Və - nida işarəsi”.

Məqalədən sonra bir qrup erməni gənc şənbə günü Hayeli.am redaksiyasının qapı və divarlarına yumurtalar atıb, divara mətbuat klubunun təsisçisi və rəhbəri AnjelaTovmasyanın ünvanına təhqiredici lövhələr asıblar.

Mətbuat klubunun qapısı bağlı olub, klubun rəhbəri isə həmin vaxt xaricdə səfərdə olub. Gənclərin hərəkətlərini həmin mərtəbədə yerləşən “Hraparak” (Meydan) qəzetinin müxbirləri videoya alıb. Gənclərin özləri də aksiyanı videoya çəkiblər.

Aaksiyada 4 nəfər - David Hovhannisyan, Sarkis Manukyan, Artak Markaryan və Hayk Stepanyan iştirak ediblər: “Gəlmişik Anjela Tovmasyana güclü zərbə endirməyə. Qapı açıq olsaydı, içərinidə bu hala salardıq”, - gənclərdən biri deyib.

David adlı gənc isə Anjela Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı olduğunu və onun ölkəni tərk etməli oldğunu bildirib.

Ermənistanın jurnalist və ictimai təşkilatları dərhal hadisəyə münasibət bildirib, insidenti söz azadlığına qarşı yolverilməz hərəkət kimi qiymətləndiriblər. BBC-nin İrəvan müxbiri bildirib ki, hüququ mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Belə ki, artıq “KİV nümayəndəsinə öz vəzifə borcunu yerinə yetirməkdə maneə törətmək” maddəsilə cinayət işi başlanıb.

Eyni zamanda İrəvan Mətbuat Klubu bir sıra təşkilatlarla birgə bəyanatla çıxış edib. Bəyanat müəllifləri iqtidar və müxalifət nümayəndələrindən tələb ediblər ki, həmfikir və tərəfdarlarını təmkinli olmağa və fərqli mövqe və fikir ifadə edənlərə qarşı dözümlülük nümayiş etdirməyə çağırsınlar.

“Ədliyyə orqanlarını Hayeli.am redaksiyası ərazisində qanun pozuntusu baş veribsə, məsuliyyət tədbirlərinin tətbiq edilməsini tələb edirik. Müxtəlif düşərgələrə xidmət edən KİV-ləri peşakarlıq müstəvisinə qayıtmağa: manipulyasiya və dezinformasiya yaymaqdan çəkinməyə, jurnalist etikası qaydalarına əməl etməyə, cəmiyyətdə mövcud olan fikir müxtəlifliyinə hörmətlə yanaşmağa və təqdim etməyə çağırırıq!”, - bəyanatda deyilir.

Son xəbərlər