Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 İsmayıllıda sosial şəbəkədə dələduzluq edən şəxs tutulub  |     15:11 Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsi vəfat etdi  |     13:57 Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib  |     13:13 Azərbaycanda əməkhaqqının ən yüksək olduğu sahələr (SİYAHI)  |     13:11 Ukrayna rəsmiləri Fransa, Almaniya və Britaniya təhlükəsizlik xidmətinin müşavirləri ilə görüşüblər  |     13:10 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir  |     13:07 Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək - MM təsdiqlədi  |     12:48 İrandan Rusiyaya "brokoli və kahı" aparan avtomobildə külli miqdarda narkotik vasitə aşkarlandı  |     12:29 Ukrayna F-16 qırıcı təyyarəsini itirdi  |     12:10 Sumqayıtın məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ  |     12:09 İstanbulda bu gün baş tutacaq Rusiya-Ukrayna danışıqlarının vaxtı müəyyənləşdi  |     12:08 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     12:06 Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:04 38 yaşlı sabiq məmur həbsxanada öldü  |     11:54 İsmayıllıda qadını ölümə təhrik edən taksi sürücüsü həbs olundu  |     11:53 Alimlərdən sensasiyalı açıqlama: Zəlzələlər planetimizi xilas edəcək  |     11:52 ABŞ-nin iri kriptovalyuta birjasına haker hücumu olub  |     11:51 Hibrid avtomobillərə güzəştlərin ləğvi nəyi dəyişəcək? - VİDEO  |     11:42 Azərbaycanda yeni ticarət mərkəzi TİKİLƏCƏK - VİDEO  |     11:38 Biləsuvar sakinini ildırım vurub  |    

Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir.

Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 288 05.10.19 20:53