19:08 Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib  |     19:01 Maştağa və Albalılıqda işıq olmayacaq  |     18:56 AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb  |     18:50 Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ  |     18:45 Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb  |     18:36 Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib  |     18:30 90-cı illərdə banda yaradaraq quldurluq, qətl və digər cinayətlərdə ittiham olunan şəxsə hökm oxunub  |     18:22 Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb  |     18:17 Gələn il orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır  |     18:10 2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib  |     18:04 Prezidentin ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək?  |     17:53 Buğda yüklü qatar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gedib  |     17:48 50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı (VİDEO)  |     17:27 Bakının bəzi qəsəbələrində su kəsiləcək  |     17:09 Bu avtobusların hərəkət sxemində dəyişiklik edilir  |     16:54 Bakı metrosunun bütün stansiyalarında yeni üsulla ödəniş MÜMKÜNDÜR  |     16:40 "Çin şirkət"ində çalışan azərbaycanlının qəribə dələduzluq əməlləri aşkarlandı (TƏFƏRRÜAT)  |     16:38 2026-cı ildə dövlət büdcəsində uşaqpulu nəzərdə tutulubmu?  |     16:27 Şimali Koreyanın keçmiş lideri vəfat etdi  |     16:14 Payız tətilinin vaxtı açıqlandı  |    

Dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub

Oktyabrın 3-də Soçidə dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub.

Median.Az
xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdilər.

Prezident Vladimir PUTİN dedi:

-Hörmətli dostlar, xanımlar və cənablar, həmkarlar.

İcazə verin, sizin hamınızı qeyri-rəsmi şəraitdə bir daha salamlayım. Bu məkanda işə uzun illər boyu maraq göstərdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Mənim fikrimcə bu məkan yaxşı, davamlı format kəsb edib və mütəxəssislərin, özü də təkcə mütəxəssislərin yox, həm də demək olar ki, geniş ictimaiyyətin layiqli hörmətini qazanmışdır.

Mənə belə gəlir ki, bu illər ərzində hətta müəyyən komanda yaranıb. Bu komanda çoxmillətli və sözün yaxşı mənasında bizim xalqın dediyi kimi, müxtəliftərkibli, amma hər halda komandadır.

Mən həmkarlarıma - artıq burada olmayan, lakin o bilir, təşəkkür sözlərimi eşidib, İordaniya Kralına, Prezident Duterteyə, həmçinin burada iştirak edən Qazaxıstan və Azərbaycan prezidentlərinə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Sizin hamınızı salamlamaq üçün məmnuniyyətlə onlara söz verirəm.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart TOKAYEV çıxış etdi:

-Hörmətli xanımlar və cənablar.

Bu gün podiumda əyləşərkən mənə tanış olan çoxlu simaları gördüm və fürsətdən istifadə edib sizə möhkəm cansağlığı, uğurlar, firavanlıq arzu etmək istərdim. Valday forumuna dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha təşəkkür edirəm, ona böyük və səmimi hörmət bəslədiyimi bildirirəm.

Bu forum Rusiyanın hüdudlarından kənarda da məşhurdur. Bu, nüfuzlu diskussiya məkanıdır. Bugünkü iclas mənim fikrimcə uğurlu oldu və əlbəttə, diskussiyanın gedişini Vladimir Vladimiroviç idarə edirdi, sizin suallarınız əsasən ona ünvanlanmışdı. Lakin biz də imkan daxilində öz töhfəmizi verdik. Zənnimcə bu cür diskussiyalar davam etməlidir, çünki onlar müasir dünyada baş verənləri anlamaq üçün çox faydalıdır. Sağ olun!

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Valday forumuna dəvətə görə mən də Vladimir Vladimiroviçə təşəkkür etmək istərdim. Bu forumun işində iştirak etmək böyük şərəfdir.

Mən artıq demişəm ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Bugünkü mövzu Şərqə həsr edilmişdi. Lakin təbii ki, biz bu mövzunun çərçivəsindən kənara çıxdıq. Mənə belə gəlir ki, bu gün həqiqətən çox maraqlı, səmimi diskussiya keçdi, panelin hər bir iştirakçısı öz fikrini sərbəst ifadə edə bildi. Siz də qeyd etdiyiniz kimi, bizim fikrilərimiz çox cəhətdən üst-üstə düşürdü.

Zənnimcə bugünkü panel tərəfdaşların, dostların, həmfikirlərin paneli idi. Bugünkü panelə verdiyi töhfəyə görə Vladimir Vladimiroviçə xüsusi təşəkkür edirəm, işin əsas ağırlığı onun üzərinə düşürdü. Biz də bacardığımız qədər kömək edirdik. Bir daha sağ olun. Hamınıza firavanlıq diləyirəm.

Yeri gəlmişkən, demək istərdim ki, zalda da çoxlu köhnə dostlarımı, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarını gördüm. Vladimir Vladimiroviç, ürəyinizdə arzu tuta bilərsiniz - Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu arasında əyləşmisiniz.

Prezident Vladimir PUTİN: Mənim arzum budur ki, bizim işimizin nəticələri real siyasətdə əməli fayda versin, bizim diskussiyalar dünyanın ən mühüm problemlərinin həllinə müxtəlif ölkələrin yanaşmalarında onların mövqelərini daha yaxşı anlamağa kömək etsin, bu problemlərin həllində isə biz hamımız maraqlıyıq.

İcazə verin bu yolda bizə uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 581 04.10.19 21:56