Mojo.az Banner
11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzər rayonunda qonşu qadını öldürən şəxs 20 il cəza alıb

04.10.2019 12:13 4 150
Xəzər rayonunda qonşu qadını öldürən şəxs 20 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Kənan Əhmədovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il aprelin 17-də Xəzər rayon Şağan qəsəbəsi, yeni yaşayış massivində Kütahi Məlikovanın (1986-ci il təv.) yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan Kənan Əhmədov tərəfindən törədilməsi müəyyən edilib və o, Bakı Beynəlxalq Avtovağzalında tutularaq istintaqa cəlb olunub. Saxlanılan şəxs etiraf edib ki, qadının evinə tamah məqsədi ilə daxil olub, onu bıçaq zərbələri ilə qətlə yetirib və
mərhuma məxsus qızıl-zinət əşyalarını oğurlayıb.

Qeyd edək ki, oğurladığı qiymətli əşyalar və bıçaq ona məxsus həyətdə, basdırdığı yerdən aşkar edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner