İmişli rayonunun Əlyetməzli kəndi ərazisindəki meşə zolağında yanğın başlayıb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Hal-hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.