Mojo.az Banner
19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |     16:40 Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?  |     14:46 Avqustun istisində sağlam qalmağın 10 yolu  |     14:43 Tovuzda qadın qətlə yetirildi: Qardaşı oğlu tutuldu  |     14:31 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM  |     14:07 Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT  |     13:18 Media və Yayım Şurasının strukturu təsdiqlənib  |     12:57 Azərbaycanlı sahibkar Rusiyada məhkəməyə verildi - Keçmiş şirkətindən Şahlar Novruzova İTTİHAM  |     12:39 Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var (Yenilənib)  |     12:25 Azərbaycanda icra başçısı olmayan rayonlar  |     12:17 Bakının mərkəzində binada yanğın başlayıb, sakinlər təxliyə edilib - YENİLƏNİB (VİDEO)  |     12:02 Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ  |     11:46 Bakıda 36 yaşlı kişi evində ölü tapıldı  |     11:36 Naxçıvanda gecə saatlarında kanalda batan şəxs xilas edildi  |     11:34 Zərdabda qəsdən yanğın törədən şəxs cəzalandırıldı  |    
Left Banner
Right Banner

Yeni fond yaradıldı - Baş nazirdən qərar

02.10.2019 13:50 2 539
Yeni fond yaradıldı - Baş nazirdən qərar
Nazirlər Kabineti “Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.

Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Əsasnamə Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir.

Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

Fondun idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən;

- müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən.

- Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və nazirlik bu vəsaitlər üzərində sərəncam verir.

Maliyyə ilinin sonuna Fondun hesabında qalan xərclənməmiş vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır. Fondun vəsaiti bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.

Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

- əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

- əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına;

- əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına;

- əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə;

- əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

- əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

- Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına;

-əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə.

Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq, Maliyyə Nazirliyinə təqdim olunur.

Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Nazirlik və Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir.

Qeyd edək ki, qərar Prezidentin 2019-cu il 24 iyul tarixli 1347 nömrəli sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə verilib.скачать dle 11.3
Mojo.az Banner