20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |     19:52 Paşinyan Gürcüstana səfər edib - YENİLƏNİB  |     19:27 Polşada təxribat planlaşdıran 8 nəfər həbs olunub  |     19:20 Gümrünün baş memarı həbs olundu  |     19:06 Professor 2026-cı il icbari tibbi sığorta büdcəsini şərh etdi  |     18:58 İki ildə bu səbəbdən 8,1 milyon insan ölüb - Havanın ən çirkli olduğu ölkələr və şəhərlər  |     18:50 AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək  |     18:46 "İstanbul NS" klinikasının külli miqdarda borcu üzə çıxdı  |     18:45 Keçmiş əri tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı evə buraxılıb  |     18:38 Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verib  |     18:30 Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb - YENİLƏNİB  |     18:23 Naxçıvanda bu hakim vəzifəsindən azad ediləcək  |     18:17 Qadın beyin əməliyyatı zamanı klarnet çaldı  |     18:11 Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA  |     18:04 Azərbaycanda iş vaxtları dəyişdirilir - Tıxaclar azalacaq?  |     17:58 Oktyabrın pensiya ödənişi yekunlaşdı  |     17:50 Azərbaycanda 4-cü kurs tələbəsi vəfat edib  |    

Bakıya “Sabahın xeyir” deyən mahnı – Bir gecədə bəstələndi (VİDEO)

Azərbaycanda uşaqdan-böyüyə hamı “Bakı, sabahın xeyir” mahnısını eşidib. Bu mahnının ərsəyə gəlməsinin maraqlı tarixçəsi var.

Sözləri şair İslam Səfərliyə, musiqisi Emin Sabitoğluna məxsus olan bu mahnının ən mahir ifaçılarından biri Xalq artisti Yalçın Rzazadədir.

Y.Rzazadə müsahibələrinin birində “Bakı, sabahın xeyir” mahnısını hər sənətkarın yaxşı ifa etməməsinə diqqət çəkib. O bildirib ki, Xalq artisti Flora Kərimova “Bakı, sabahın xeyir” mahnısını ifa etsə də, o, bir az fərqli oxunmalı idi.

Y.Rzazadə həmin mahnının məhz onun ifasında səslənməsi üçün yazıldığını bildirib.

Onun sözlərinə görə, 1970-ci illərdə İ.Səfərli gecə saat 01:00-da ona zəng edib.

“İslam Səfərli zəng edib dedi ki, Bakı üçün şeir yazıb. “Yalçın, Bakıya çox adam şeir yazıb. Amma heç kim Bakıya “Sabahın xeyir” deməyib. “Bakı, sabahın xeyir” adlı bir şeir yazmışam” dedi”, - Y.Rzazadə qeyd edib.

Həmin gecə İ.Səfərli elə həmin şeiri diktə edib, Y.Rzazadə isə yazıb. Y.Rzazadə bunun ardınca E.Sabitoğlu ilə danışıb, bu şeirə mahnı bəstələməsini xahiş edib.

Y.Rzazadə şeiri oxuyub, E.Sabitoğlu misraları yazıb.

Bununla bağlı 18:00-da görüşməli imişlər. Ancaq mahnı gözlənildiyindən də tez bəstələnib.

“Amma səhərə yaxın Emin mənə zəng etdi. Dedi ki, Yalçın, mahnı hazırdır. Mən isə yuxulu idim, ona görə də konkret nədən söhbət getdiyini bilmədim. Sən demə, Emin Sabitoğlu “Bakı, sabahın xeyir” mahnısını bir gecəyə bəstələmişdi. Bu mahnı belə yarandı”, - deyə Y.Rzazadə bildirib.
/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 215 30.09.19 12:46