Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda doğuşda körpə öldü, həkim işdən çıxarıldı

25.09.2019 21:37 2 170
Bakıda doğuşda körpə öldü, həkim işdən çıxarıldı
Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Bu barədə “Qafqazinfo”ya məlumatı xəstənin qohumu Xalid Nəmətzadə verib. O bildirib ki, hadisə 2 saylı Dəmiryol Uşaq Poliklinikasında baş verib. Səadət Qurbanova adlı qadın 23 sentyabr tarixində doğuş sancısı ilə xəstəxanaya aparılıb. Lakin bu zaman məlum olub ki, onun həkimi Zərnişan İsmayılova istirahətə gedib. Odur ki, doğuşu başqa həkim Səkinə Əsədova həyata keçirib:
“Doğuş 4 saat çəkdi və bu zaman ərzində bizə heç bir məlumat verilməyib. Son anda bildik ki, körpə ölüb. Ölümə səbəb kimi isə uşağın çəkisini göstərdilər. Uşaq 4 kiloqram 700 qram doğulub. Hamı dedi ki, bu zaman həkim qeysəriyyə əməliyyatı etməli idi. Lakin bizə məlumat verilməyib.

Hətta ana da ölə bilərdi. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, baş həkimə müraciət etmişik. Baş həkimin müavini bildirdi ki, artıq həkim işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından da aldığımız məlumata görə, hazırda istintaq işi aparılır”.

Son xəbərlər