Mojo.az Banner
Son Xəbərlər
17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |    
Mojo.az Avto
Mojo.az Avto

Şirkətlərə BƏD XƏBƏR: Xidməti müqavilə ilə işçi işlədə bilməyəcəklər - YENİLİK

25.09.2019 21:30 2 944
Şirkətlərə BƏD XƏBƏR: Xidməti müqavilə ilə işçi işlədə bilməyəcəklər - YENİLİK
Azərbaycanda bəzi sahələrdə mülki-hüquqi müqavilə (xidməti müqavilə) ilə işləməyə məhdudiyyət qoyulması gözlənilir. Artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətdə baxılır.

Təkliflərdə, indiyədək bəzi hallarda vergidən yayınmaq üçün istifadə edilən xidməti müqavilələrlə bağlı məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

Bu təkliflərdə mülki-hüquqi müqavilə ilə işləyənlər üçün qaydalar və tələblər müəyyən edilib. Tələblər göstərilən xidmətlərin çeşidinə, müqavilə ilə işləyənlərin iş rejiminə və fəaliyyət formasına, xidmətlərin ödənilməsi qaydalarına, müqavilənin müddətinə aiddir.
Xidməti müqaviləni bir neçə aydan artıq bağlamaq da mümkün olmayacaq, eləcə də müqaviləni sonradan uzatmağa da icazə verilməyəcək. Hər halda belə hallar qarşısının alınması üçün nəzarət ediləcək.
Kimlər xidməti müqavilə ilə işləyə biləcək?

Təkliflərdə işçilərin xidməti müqavilə ilə cəlb edilməsinə icazə verilən sahələrin təqribi siyahısı da yer alır. Bura müvəqqəti kompüter xidmətləri, aqrar xidmətlər, təmri işləri və sair aiddir: «Məsələn 1-2 ay müddətində İT xidmətlərinin göstərilməsi, kompyuterlərin təmiri, santexnika və ya aqrotexniki xidmətlər və sair».
Bundan başqa, qaydaya görə, xidməti müqavilə ilə işləyənlərlə sifarişçilər arasında heç bir əmək müqasibəti olmamalıdır. Yəni iş rejimi, tabeçilik olmamalı, aylıq fiksə olunmuş əmək haqqı ödənilməməlidir. Ödəniş yalnız bütün işin həcminə uyğun müəyyən edilməlidir.

Bununal yanaşı, mülki müqavilə ilə işləyənlərin vergiyə cəlb edilməsi forması dəyişməyəcək. Gəlir vergisi (illik 5%) və aylıq DSMF ödənişləri indi olduğu kimi qalacaq.//yeniavaz

Son xəbərlər