Mojo.az Banner
Son Xəbərlər
21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Elmar Məmmədyarov Avropa İttifaqının Ali nümayəndəsi ilə görüşüb

24.09.2019 21:56 1 560
Elmar Məmmədyarov Avropa İttifaqının Ali nümayəndəsi ilə görüşüb
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Aİ arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Avropaya qaz təminatının müxtəlifliyi və təhlükəsizliyinin yaxşılaşdırılmasını nəzərdə tutan mühüm strateji qaz infrastruktur layihəsi olan Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) komponentinin nəzərdə tutulmuş qrafik üzrə tikintisinin başa çatması məsələləri tərəflər arasında müzakirə edilib.

Tərəflər Azərbaycanla Aİ-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq Sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşüblər.

Ali Nümayəndə Federika Moqerini Azərbaycan Respblikasının diplomatik xidmətinin 100 illik yubileyi medalı ilə təltif olunduğu üçün təşəkkürünü ifadə edib.

Görüşdə Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu-Yorkda baş tutmuş ən son görüş və ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesinin cari vəziyyəti ilə bağlı məlumat verdi və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin tezliklə beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT TŞ-nin qətnamələri əsasında həllinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş əsnasında həmçinin regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//oxu.azскачать dle 11.3

Son xəbərlər